PFL-ə yeni prezident seçilibbackend

PFL-ə yeni prezident seçilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

AFFA-nın inzibati binasında Peşəkar Futbol Liqasının (PFL) konfransı keçirilib.

“Report” PFL-in rəsmi saytına istinadən xəbər verir ki, konfransda PFL prezidenti Ramin Musayev, AFFA-nın baş katibi Sərxan Hacıyev və elitanın 9 klubunun nümayəndələri iştirak ediblər.

Avrokubok oyunlarına görə səfərdə olduqlarından “Zirə” klubunun nümayəndəsi iclasda olmayıb. Konfransda PFL prezidenti Ramin Musayevin səhhəti ilə əlaqədar vəzifəsindən ayrılması məsələsinə baxılıb və qəbul edilib.

Daha sonra PFL prezidenti vəzifəsinə yeni seçkilər keçirilib. Elxan Səmədov yekdilliklə növbəti müddətə Peşəkar Futbol Liqasının prezidenti seçilib.