PFL prezidenti Elxan Səmədov Bakıya gətirildi – AÇIQLAMAbackend

PFL prezidenti Elxan Səmədov Bakıya gətirildi – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov müalicəsinin ikinci hissəsini Türkiyədə başa vuraraq vətənə qayıdıb”.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq PFL-in media və marketinq direktoru Sənan Abdullayev açıqlama verib.

O bildirib ki, hazırda Elxan Səmədovun ümumi durumunda müsbət inkişaf var:

“Dünəndən etibarən “Bona Dea Hospital”da müalicə və bərpasının üçüncü hissəsinə başlanılıb. Bərpa prosesinin nə qədər davam etməsi, eləcə də bu prosesdə hansı tibbi müdaxilələrin olacağı həkimlərin rəyindən asılıdır”.