Pik saatlarda avtomobillərin şəhərin mərkəzinə girişi pullu olacaqbackend

Pik saatlarda avtomobillərin şəhərin mərkəzinə girişi pullu olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nyu York, sürücülərin pik saatlarda şəhər mərkəzinə səyahət üçün 9 dollar ödəyəcəyi ilk ABŞ şəhəri olub.

Editor.az xəbər verir ki, bu barədə “Financial Times” (FT) qəzetində dərc olunan materialda deyilir. Respublikaçılar artıq ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampı təşəbbüsün təsdiqini geri götürməyə çağırıblar.

Daha az məşğul dövrlərdə Manhettenə daxil olmaq üçün qiymət həftə içi 21:00-dan 5:00-a qədər və həftə sonları 21:00-dan 09:00-a qədər olacaq. Kiçik yük maşınlarının sürücüləri üçün tarif 14,40 dollar, iri nəqliyyat vasitələrinin sürücüləri üçün isə 21,60 dollar təşkil edəcək. Mexanizmin şəhərin mərkəzində avtomobillərin sayını 10% azaltmağa və gələcəkdə yığılan 15 milyard dolları ictimai nəqliyyat sisteminin inkişafına yönəltməyə imkan verəcəyi gözlənilir. Böyükşəhər Nəqliyyat İdarəsinin (MTA) baş direktoru Janno Liber, planın beş il ərzində hazırlandığını söyləyib.Qonşu Nyu-Cersi ştatının vəkilləri bu təşəbbüsün qarşısını almaq istəyərək, məhkəmə qərarı üçün müraciət ediblər, lakin cəhd uğursuz alınıb.

2024-cü ildə nəqliyyatın monitorinqi platforması Inrix Nyu Yorku dünyanın ən sıx şəhəri kimi tanıyıb. Yerli sürücülər orta hesabla ildə 101 saat tıxaclarda qalır və şəhər iqtisadiyyatına 9,1 milyard dollar ziyan vurur.

//Samir Qurbanov, Editor.az