Pike və sevgilisi Şakiraya görə restorandan qovuldu – FOTOLARbackend

Pike və sevgilisi Şakiraya görə restorandan qovuldu – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Sabiq futbolçu Jerar Pike və yeni sevgilisi Klara Çia yenə gündəmə gəlib.

 

Onları bu dəfə diqqət mərkəzinə gətirən mövzu Şakira olub. Ancaq budəfəki məsələdə kolumbiyalı müğənni iştirakçı olmayıb.

“Nuestro Diario”-nun məlumatına görə, Pike və sevgilisi ötən gün Barselonadakı restoranlardan birinin xidmətindən yararlanmaq istəyib. Ancaq Şakiranın fanatı olan məkan sahibi onlara xidmət göstərməkdən imtina edib. Bu səbəbdən cütlük restoranı tərk edib.

Nəşr cütlüyün məkanı tələsik tərk etdiyi və az qala maşına doğru qaçdığı anın fotoşəkillərini yayımlayıb.

publika.az