Pikenin xəyanətini atası reanimasiyada olanda öyrənibbackend

Pikenin xəyanətini atası reanimasiyada olanda öyrənib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyaca müğənni Şakira sevgilisi Jerar Pike ilə ayrılığın üçün son dərəcə ağrılı olduğunu heç vaxt gizlətməyib.

Editor.az “OLAY” a istinadən xəbər verir ki, ifaçıya təsir edən xəyanətin özü deyil, idmançının ikiqat həyatının üzə çıxdığı şərait olub.

Şakira “People”-a müsahibəsində Pikenin macəralarını həyatının ən əlverişsiz anında öyrəndiyini bildirib. Pikenin məşuqəsi ilə əyləndiyi vaxtlarda Şakira reanimasiyada həyat mübarizəsi aparan yaşlı atasının yanında olub:

“Evim dağıldı. Mətbuatdan öyrəndim ki, atam reanimasiyada olarkən mənə xəyanət ediblər. Həyatımda ən çox sevdiyim insan atam ona ən çox ehtiyacım olanda məni tərk etdi. Altı ay ərzində o, “Covid-19”, iki qəza, bir pnevmoniya və beş əməliyyat keçirdi. Həmin vaxt onun 91 yaşı var idi. Atam dözümlülüyün ən bariz nümunəsidir”