Pilot girov götürüldü, sərnişinlərin taleyi məlum deyilbackend

Pilot girov götürüldü, sərnişinlərin taleyi məlum deyil

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İndoneziyanın Qərbi Papua əyalətində yerli “Susi Air” aviaşirkətinin pilotu – Yeni Zelandiya vətəndaşı Filip Mertens girov götürülüb.

Editor.az bildirir ki, bu barədə Yeni Zelandiyanın baş naziri Kris Hipkins məlumat verib. Radio “New Zealand”ın məlumatına görə, silahlı şəxslər Nduqada kiçik ticarət təyyarəsini yandırdıqdan sonra pilotu girov götürüblər.

Təyyarədə beş sərnişin də olub, onların taleyi məlum deyil. Hadisəyə görə məsuliyyəti Qərbi Papua Milli Azadlıq Ordusunun (İndoneziyada terror strukturu kimi tanınan Azad Papua Hərəkatının hərbi qanadı) silahlıları öz üzərinə götürüb. Yaraqlılar İndoneziya Qərbi Papuanın müstəqilliyini tanımayana qədər təyyarənin pilotunu buraxmayacaqlarını bildiriblər. Yeni Zelandiya Xarici İşlər Nazirliyinin məlumatına görə, ölkənin İndoneziyadakı səfirliyinin əməkdaşları pilotun azad edilməsi üçün çalışırlar.

Cris Hipkins “Radio New Zealand”a bildirirb ki, “Onlar hələ bizə nə baş verdiyi və vəziyyəti həll etmək üçün nə etdikləri barədə tam təfərrüat verməyiblər. Lakin biz bilirik ki, bununla bağlı iş gedir”.

  //Samir Qurbanov, Editor.az