Avqustun 1-nə keçən gecə Ukrayna Silahlı Qüvvələri üç dəniz pilotsuz kateri ilə Qara Dəniz Donanmasının “Sergey Kotov” və “Vasili Bıkov” patrul gəmilərinə hücum etməyə cəhd edib.
Editor.az bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Hadisə Qara dənizin cənub-qərb hissəsində, Sevastopoldan 340 km cənub-qərbdə baş verib.
“Hücumun dəf edilməsi zamanı düşmənin hər üç pilotsuz kateri Rusiya gəmilərinin standart silahlarından açılan atəşlə məhv edilib.
Qara Dəniz Donanmasının “Sergey Kotov” və “Vasili Bıkov” gəmiləri öz vəzifələrini yerinə yetirməkdə davam edir”, -Rusiya Hərbi Departamenti mətbuata açıqlamasında bildirilir.
//Samir Qurbanov, Editor.az

