Çeçenistan rəhbəri Ramzan Kadırov oktyabrın 29-da bildirib ki, pilotsuz təyyarə Qudermesdəki Rusiya Xüsusi Təyinatlı Qüvvələri Universitetinə hücum edib.
Onun sözlərinə görə, binanın dam örtüyü yanıb. Kadırov iddia edib ki, bina boş olduğundan, heç kim xəsarət almayıb.
“Baza” Telegram kanalı hadisə yerindən video yayımlayıb. Rusiyalı jurnalistlər qeyd edirlər ki, bu, Çeçenistan ərazisinə ilk dron hücumudur.
//Samir Qurbanov, Editor.az