Noyabrın 29-na keçən gecə pilotsuz təyyarə Rusiyanın Stokholmdakı səfirliyi üzərindən uçaraq diplomatik nümayəndəliyin ərazisinə boya atıb.
Editor.az bildirir ki, bu barədə yerli polisin sözçüsü Mats Eriksson məlumat verib. Hadisənin vandalizm aktı olduğu araşdırılır. Pilotsuz uçan aparatın axtarışı üçün helikopter səfərbər edilib, lakin onu tapmaq mümkün olmayıb.
Rusiya səfirliyinin mətbuat xidməti boya tullantılarını şərh edərkən qeyd edib ki, bu, may ayından bəri onuncu belə hadisədir.
Səfirliyin yaxınlığındakı avtomobil yoluna, avtomobillərə və Rusiya diplomatik missiyasının digər əmlakına dəfələrlə ziyan dəyib, – səfirlik qeyd edib. Diplomatik nümayəndəlik həmçinin vurğulayıb ki, pilotsuz uçan aparatı idarə edənlər nəinki səfirliyə ziyan vurub, həm də İsveçin hava hərəkəti qanunlarını pozublar. “Biz Rusiya diplomatik missiyasına qarşı baş verən bütün insidentlərin hərtərəfli, qərəzsiz araşdırılmasında, günahkarların tapılmasında və məsuliyyətə cəlb edilməsində israr edirik”, – deyə diplomatik nümayəndəliyin bəyanatında bildirilir. Səfirlik əlavə edib ki, diplomatlar əvvəllər polis və İsveç Xarici İşlər Nazirliyi ilə əlaqə saxlayıblar, lakin hücum edənlər hələ də tapılmayıb.
//Samir Qurbanov, Editor.az