Pink Floyddan Ukraynaya DƏSTƏK MAHNISIbackend

Pink Floyddan Ukraynaya DƏSTƏK MAHNISI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

Böyük Britaniyanın əfsanəvi rok qrupu Pink Floyd Ukraynaya dəstək mahnısını yayımlayıb.

Editor.az xarici KİV-ə istinadən xəbər verir ki, Ukraynanın Boombox qrupundan Andrey Xlyvnyuk “Hey Hey Rise Up” (Hey Stand) mahnısının vokalında iştirak edir.

Pink Floyd sonuncu dəfə 1994-cü ildə mahnı buraxıb. Qrup üzvü David Gilmour mahnını hazırda cəbhədə döyüşən Xlyvnyukun instaqramda yerləşdirdiyi videodan ilhamlanaraq bəstələyib. Sözügedən videoda Xlyvnyuk Ukraynanın paytaxtı Kiyevin boş Sofiya meydanında I Dünya Müharibəsi illərində yazdığı Ukrayna xalq mahnısını oxuyur. Pink Floyd mahnıda bu məqamdan istifadə edib.

Gəlini də ukraynalı olan Gilmour mahnını yazdıqdan sonra Xlyvnyukla əlaqə saxlayıb. Həmin vaxt Xlyvnyuk aldığı xəsarətlərə görə xəstəxanada müalicə alırdı.

“Mahnını telefonda bir az səsləndirdim və o, mənə təşəkkür etdi. Ümid edirik ki, gələcəkdə şəxsən üz-üzə görüşüb birlikdə nələrsə edəcəyik”, -Gilmour deyib.

Qeyd edək ki, mahnı “YouTube”da yayımlandıqdan sonra ilk 10 saat ərzində təxminən 1 milyon 150 min dəfə dinlənilib. Mahnıdan əldə olunan gəlirlə Ukraynaya humanitar yardımın göndəriləcəyi bildirilir.

//Gülnarə Abasova, Editor.az