“Pişik” Günel “TikTok”dan nə qədər qazandığını etiraf edib – VİDEObackend

“Pişik” Günel “TikTok”dan nə qədər qazandığını etiraf edib – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şou-biznesdə “Pişik” ləqəbi ilə məşhurlaşan müğənni Günel Ələkbərova “TikTok” platformasından gələn qazancını açıqlayıb.

Müğənni bu barədə MTV-də yayımlanan “MTV maqazin” verilişinə müsahibəsi zamanı danışıb.

“TikTok” platformasından aktiv formada istifadə edən Günel canlı yayımlar sayəsində xeyli gəlir əldə etdiyini də etiraf edib.

“TikTok”da açdığım canlı yayımlardan 7 000-10 000 manat arası pul qazanıram. Həftəyə 15 000 manat pul qazanmaq kimi bir şey yoxdur. Bu, yalandır. O dediyim rəqəmi də bir həftə yox, haradasa on beş günə qazanıram”, – deyə Ələkbərova əlavə edib.

Qeyd edək ki, bir müddət öncə aktrisa Pərvin Abıyeva “TikTok”da bir aya 36 000 dollar pul qazanıram” açıqlaması ilə gündəm olmuşdu.