“Pişik” Nəfəs və Zauru ağ yuyub qara sərdibackend

“Pişik” Nəfəs və Zauru ağ yuyub qara sərdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müğənni Günel Ələkbərova (Pişik) Nəfəs ləqəbli müğənni Günel Məmmədlinin Zaur Kamalın aparıcısı olduğu “Həmin Zaur” verilişində səsləndirdiyi “Günel nə zaman “tutuzdurub” ki? Günel nə zaman olub ki?” sözlərinə sərt şəkildə reaksiya bildirib. 

Editor.az bizim.media-ya istinadla xəbər verir ki, bu haqda sənətçi qonaq olduğu “Xəbərin var?” maqazin verilişində danışıb.

Günel nəyin ki, Nəfəsi, eyni zamanda Zauru ağ yuyub, qara sərib:

“Söhbət gündəmdən gedir. Qabaqlar düşünürdüm ki, Nəfəs səmimi xanımdır. Hətta bu verilişdə ifası müzakirəyə çevrilən Nəfəsi müdafiə etdim. Amma bu xanım çıxıb haqqımda başqa sözlər danışır. Onun dediyi bu sözlər mənə gülməli gəldi. Çünki zamanında mənim fanatım olanlar…

Öz adı “Günel” ola-ola başqa ləqəblə çıxan xanım, niyə öz adınla səhnəyə çıxmadın? Mən heç kimin qəlbinə və xətrinə dəymək istəmirəm. Çünki mən 2003-cü ildən peşəkar səhnədəyəm və əlimdən qəldiyi qədər çalışaram ki, dəstək olum. Amma onlar da öz həddini və yerini bilməlidir.

Demək istəyirəm ki, məni məclislərə çağıranlar, söhbət elə Nəfəsdən gedir, sonra da baxıblar ki, yox, bu Günel, yəni mən deyiləm. Çünki insanlar səhnədə məni gözləyirmişlər, amma elə zənn ediblər ki, Nəfəs Güneldir.

Mən onları qınamıram. Bunlar Aqşin Fateh, Nurlan Təhməzli kimi müğənnilərin sayəsində tanınırlar və sonradan “şişirlər”. Amma hər kəs öz həddini bilməlidir. Nəfəs həmkarımdır, amma bax, gör kimə dil uzadırsan. Olmaz!

Əslində, günahı heç Nəfəsdə də görmürəm. Ən böyük günah sayəmizdə aparıcı statusu alıb bugünkü gün veriliş aparanlardadır. Şəxsən mən “dıydıq” (səviyyəsiz – red.) aparıcıların və onların aparıcısı olduğu “dıydıq” verilişlərə getmirəm”.