Türkiyədə dəhşətli qəza kameraların obyektivinə tuş gəlib.
Hadisə Antalyada baş verib. Doqquz yaşlı qız uşağı piyada keçidindən yolu keçərkən onu avtomobil vurub.
Xoşbəxtlikdən qız dəhşətli qəzadan sonra sağ qalıb. Onun ayağının qırıldığı bildirilib.
Dərhal ətrafdakı insanlar tərəfindən kömək göstərilən uşaq xəstəxanaya çatdırılıb.
Hadisənin görüntülərini təqdim edirik:

