Piylənmə zamanı nə etmək lazımdır?-ŞƏRHbackend

Piylənmə zamanı nə etmək lazımdır?-ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu gün əhalinin böyük hissəsini bu və ya digər şəkildə narahat edən əsas problem piylənmədir”.

Bu sözləri Editor.az-a piylənmənin qarşısının alınması ilə bağlı danışarkən həkim fizioterapevt Şəhla Qafarova deyib.

Onun sözlərinə görə, piylənmə endokrin sistemin xəstəliyi olub, inkişafı zamanı digər orqan və sistemlərin fəaliyyətini pozaraq ətrafına çox sayda xəstəliklər toplayır:

“Bunlardan onurğa sütunu xəstəlikləri, dayaq hərəkət sistemi xəstəlikləri, ürək damar sistemi xəstəlikləri, arteriyal hipertenziya , ateroskleroz , diabet və s. göstərmək olar. Piylənmənin əsas səbəblərindən stress faktoru, aşağı fiziki aktivlik, qidanın qəbul qaydaları, qəbul xarakteri, növü və miqdarı, qidanın qəbul zamanı, hipatalamusun tənzimləyici hormonlarının pozulması və s. daxildir. Bundan başqa piylənmə orqanizmdə normal miqdarda və tərkibdə olması lazım olan yağların tənzimlənməsi mexanizmini pozur.

Piy toxumaları dolayı yolla hipatalamusda doyma mərkəzinə təsir edir, lipolitik fermentlərin həssaslığını və işini pozur. Nəticədə xəstələrdə lipoliz prosesi ləngiyir (piylərin yanması ), lipogenez prosesi artır (piylərin ehtiyata yığılması ). Bütün bu hormonal dəyişikliklər qanda insulin, qlükoza, kortizolun, leptinin və s. yüksək həddə olması doyma mərkəzində uyğunlaşma yaradaraq müqabilində aclıq mərkəzinin tormozlanmasında çatışmazlıq, defekt yaradır və pasient hər zaman özünü ac hiss edir, proses davam etdikcə mexanizm daha da dərinləşir, ətrafına daha çox xəstəlik toplayır. Müxtəlif psixoemosional faktorlar, stress, özgüvənsizlik, ödəm, varikoz, cinsi istəksizlik, cinsi zəiflik və s. kimi xəstəliklərlə müşayiət olunur. Xəstəliyin hər bir mərhələsində fizioterapevtik faktorlar xəstəliyin inkişafını ləngidir, tormozlayır və aradan qaldırır. Burada ümumi və yerli müalicə tətbiq edilir. Ümumi olaraq hormonokorriqəedici prosedurlar, su prosedurları, hamam və.s seçilir. Yerli olaraq lipokorriqəedici, lipolitik inyeksiyalar, vibro vakkum terapiya, vibro masaj, ultrasəslə müalicə, endodermoterapiya, elektrostimulyasiya və s. həkim fizioterapevt tərəfindən seçilir”.

//Səbinə Hüseynli, Editor.az