PKK kanalında “Millət İttifaqı”nın namizədi Kamal Kılıcdaroğlunun təqdimatı oldubackend

PKK kanalında “Millət İttifaqı”nın namizədi Kamal Kılıcdaroğlunun təqdimatı oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

7 partiyalı koalisiyanın prezidentliyə namizədi Kamal Kılıçdaroğlu 14 May seçkiləri öncəsi tez-tez “Səlahəddin Dəmirtaşa azadlıq”, “müvəkkilləri çıxaracağıq” kimi vədlər verərkən, HDP/PKK qanadı ”Səlahəddin Dəmirtaşa azadlıq verəcəyik” kimi vədlər verir, ona “İmralıdakı təcridin aradan qaldırılması” ilə bağlı planlarını dilə gətirməsini təklif edib.

Editor.az Türkiyə mənbələrinə istinadən xəbər verir ki, seçkilərin birinci turunda məyus olan PKK və HDP ikinci turdan əvvəl Kamal Kılıçdaroğluna səs vermək çağırışlarını tez-tez təkrarlayır. İstər terror təşkilatından, istərsə də onun siyasi qanadı olan HDP-dən hər gün oxşar bəyanatlar gəlsə də, PKK kanalında Kılıçdaroğlunun təqdimatı, onun Qəndillə əməkdaşlığını açıq şəkildə ortaya qoyub.

PKK kanalındakı bu tanıtım gün ərzində sistemli şəkildə ekranlara gətirilərkən, yayımda “Seçki qutusuna get, səs ver, bir adam göndər. 28 May haqq-hesab günüdür. Demokratik gələcək üçün diktatora yol verməyin” kimi ifadələr işlədilib. Təqdimatda Kamal Kılıçdaroğluna səs verildiyi və “hə” möhürü vurulduğu bir görüntü də əksini tapıb.

  //Samir Qurbanov,Editor.az