PKK liderindən “Altılı Masaya” çağırış: üzərinizə düşən məsuliyyəti yerinə yetirinbackend

PKK liderindən “Altılı Masaya” çağırış: üzərinizə düşən məsuliyyəti yerinə yetirin

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

PKK lideri Mustafa Karasu yayımladığı video ilə CHP sədri Kamal Kılıçdaroğlunun namizədliyini irəli sürən “Altılı Masaya” dəstək verib.

Terror təşkilatına yaxın bir telekanalda danışan Karasu, “Hərbi çevrilişlər dövründən daha çox aparılan bir müharibə var. Belə bir vəziyyətdə təbii ki, “Altılı masaya” maraq və ümid yaratdı. Sən iqtidardasan, deməli gedəcəksən… Sanki hamı Türkiyəyə sərhəddə müharibə elan edib’ Sən müharibə elan etdin, sən hücum edirsən, son terrorçu qalana qədər məhv edin” deyirsən.

Türkiyədə bu soyqırım siyasətinin zehniyyəti qırılsa, o zaman hər şey dəyişəcək. Əmək və Azadlıq Alyansı (HDP) bu baxımdan çox önəmlidir”, – Qarasu deyib. O, eyni zamanda 6 partiyalı koalisiya ilə HDP-nin birlikdə hərəkət etməli olduğunu vurğulayıb: “Bu da bir həqiqətdir ki, ən böyük mübarizəni AK Partiya və MHP-yə qarşı biz verdik. AK Partiya ilə MHP ittifaqı qalacaqsa, HDP bununla bağlı nə edəcək? AK Partiya ilə MHP ittifaqını çökdürmək üçün üzərinə düşən məsuliyyəti yerinə yetirəcək. İstədikləri tək şey rədd edəcəklri namizədin olmamasıdır.

Qarası “Altılı masa”nın onlarla əməkdaşlığa sözverdiyinə işarə edərək deyib: “Artıq bəyanat veriblər, biz üzərimizə düşən məsuliyyəti yerinə yetirəcəyik”- deyiblər. Biz buna inanırıq. Onlar öz məsuliyyətlərini yerinə yetirəcəklər. Birgə hərəkət etsələr, çox çalışsalar, AK Partiya və MHP iqtidarının süqutunda həlledici rol oynayacaqlar. Onlar motor rolunu oynayacaqlar”, – Qarasu qeyd edib.

  //Samir Qurbanov,Editor.az