PKK “liderindən” Kılıçdaroğlu ilə bağlı çağırış – “Əməkdaşlığımızda heç bir geriləmə yoxdur”backend

PKK “liderindən” Kılıçdaroğlu ilə bağlı çağırış – “Əməkdaşlığımızda heç bir geriləmə yoxdur”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

14 mayda Türkiyədə keçirilmiş prezident seçkiləri öncəsi bir-birinin ardınca CHP sədri Kamal Kılıçdaroğluna dəstək bəyanatları verən PKK terror təşkilatının liderləri seçkinin ikinci turu üçün də dəstəklərini davam etdirirlər.

Türkiyənin “Sabah” qəzeti xəbər verir ki, PKK terror təşkilatının “liderlərin”dən biri Ronahi Serhat kod adlı Filiz Duman Kılıçdaroğluna səs verməyə çağırıb.

382.jpg (55 KB)

“Kılıçdaroğlu təkcə CHP və Millət İttifaqının namizədi deyil. O, seçkilərdə xalqımızın namizədi olaraq iştirak edir. O, 14 may seçkisində bütün Kürdüstandan, Türkiyənin yarısından səs toplayan xalqın namizədi kimi 28 may seçkisinə qatılır” – Filiz Duman deyib.

366.jpg (31 KB)

Terror təşkilatı PKK-nın “liderlərin”dən olan Duran Kalkan isə seçki nəticələrinin onları üzdüyünü etiraf edib:“Müxalifət çox nəticə əldə etmiş kimi görünürdü, əksinə, məyusluq yarandı. AK Partiya-MHP faşizmi millətçi, şovinist, turançı zehniyyətlə siyasəti hər cəhətdən cəmiyyətə hakim etməyə çalışır. Təhsili, incəsənəti, ədəbiyyatı bu əsasda inkişaf etdirir, iqtisadiyyatı, maliyyəni buraya xərcləyir. Millət İttifaqının proqnozlaşdırdığı kimi, o sistemi parlament sisteminə dəyişəcəyik”.

İkinci turda da əməkdaşlığın davam edəcəyini vurğulayan Kalkan Kılıçdaroğlu üçün çalışacaqlarını bildirib:“Əməkdaşlığımızda heç bir geriləmə yoxdur”.

Azpolitika