PKK-nın Suriya qolundan açıqlama: “Silahı yerə qoyacağıq”backend

PKK-nın Suriya qolundan açıqlama: “Silahı yerə qoyacağıq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kürdüstan İşçi Partiyası (PKK) terror təşkilatının Türkiyədə həbsdə olan lideri Abdullah Öcalanın çağırışına qruplaşmanın Suriya qolu kimi tanınan PYD-nin lideri Salih Müslimdən cavab gəlib.

Oxu.Az-ın “Sabah” qəzetinə istinadən verdiyi xəbərə görə, Müslim Öcalanın çağırışını dəstəkləyib.

“Əgər siyasi qrup kimi fəaliyyət göstərməyimizə icazə verilərsə, silahı yerə qoymağı qəbul edirik”, – deyə o bildirib.