PKK terrorçuları İraqda kürd silahlılarına hücum etdibackend

PKK terrorçuları İraqda kürd silahlılarına hücum etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İraqın şimalında PKK terrorçuları “peşmərgə” adlanan kürd silahlılarına hücum ediblər, nəticədə 5 döyüşçüsü həlak olub, daha 4 döyüşçü yaralanıb.

“Anadolu”nun məlumatına görə, İraqın Kürd regional administrasiyası rəhbərinin müavini Serbest Lezgin jurnalistlərə bildirib ki, terrorçular Dohuk şəhərinin Amedi rayonu ərazisində “peşmərgə” döyüşçülərini pusquya salıblar.

Yaralılar xəstəxanalara çatdırılıb.