Türk ordusu Şimali İraqda PKK terror təşkilatına qarşı antiterror əməliyyatlarını davam etdirir.
Editor.az “Sabah” qəzetinə istinadən xəbər verir ki, terrorçulara aid daha bir sığınacaq ələ keçirilib. Sığınacaqda aparılan axtarış və əməliyyat tədbirləri nəticəsində PKK-ya aid çoxlu silah-sursatın ələ keçirildiyi bildirilib.
Türkiyənin Müdafiə Nazirliyindən verilən məlumata görə, 110 ədəd AK-47, eyni sayda AK-74 kalaşnikov avtomatı ələ keçirilib. Bundan əlavə 3 ədəd AK-12, 4 ədəd RPG-7 reaktiv yaylım atəş silahı, hərəsindən bir ədəd olmaqla 7,62 mm PKMS pulemyotu və MG-3 pulemyotu, 1 ədəd AK-47 kalaşnikov avtomatının gövdəsi və dayağı, 1 ədəd draqunov lüləsi və mexanizmin müsadirə edildiyi qeyd edilib.
//Editor.az

