Podalyok Medvedyevi “siyasi meyit” adlandırdıbackend

Podalyok Medvedyevi “siyasi meyit” adlandırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Prezidenti Aparatı rəhbərinin müşaviri Mixail Podolyak Rusiyanın keçmiş prezidenti Dmitri Medvedevin Putinin xaç atası Viktor Medvedçukun həpsi ilə bağlı hədələrinə cavab verib.

Bu barədə Editor.az Ukrayna mənbələrinə istinadən məlumat verir. Həmin xəbərə görə, bu gün Medvedev Viktor Medvedçukun saxlanması ilə bağlı hədələrlə cavab verərək, Ukrayna hakimiyyətini “idbar” adlandırıb. O, Putinin xaç atasının əsir götürülmüş ukraynalılarla dəyişdirilməsi varintını da bəyənməyərək, Ukrayna hakimiyyətinə “mübadilə ediləcək insanlar arasında olmamaq üçün ətrafa diqqətlə baxmağı və gecələr qapıları möhkəm bağlamağı” tövsiyə edib. Podolyak Medvedevin bu “bəyanatından” sonra xatırladıb ki, onun hazırda Rusiya Federasiyasında heç bir nüfuzu yoxdur: “Medvedev 14 il ərzində Rusiyanın prezidenti və baş naziri olub.

Lakin bu gün onun özünü xatırlatmağın yeganə yolu Ukrayna haqqında nəsə deməkdir. Mənfi və ənənəvi olaraq axmaq bir şey demək. Məsələn,”məsum Medvedçuk” haqqında. Bununla belə, onun Rusiyada heç bir nüfuzu yoxdur. Onun komandası hökumətdən qovulub, hətta kimlərsə həbs edilib. Kremldə heç kim ona hörmət etmir. Təəccüblü deyil ki, hətta Rusiya cəmiyyəti də ona xüsusi heşteq ayırıb – “miskin”, – Podolyak yazıb. Podolyak eyni zamanda vurğulayıb ki, dünya ümumiyyətlə Medvedevə “mənasız adam” kimi yanaşır. Qəribədir ki, son vaxtlar Rusiya Federasiyası davamlı olaraq “siyasi ölülərin” reanimasiyasına müraciət edir”, – deyə Podolyak yekunlaşdırıb.