Podolyakdan İranla bağlı ŞOK ÇAĞIRIŞ: “Məhv edilməlidir…backend

Podolyakdan İranla bağlı ŞOK ÇAĞIRIŞ: “Məhv edilməlidir…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Dünya ictimaiyyəti boş sanksiyalar əvəzinə İranın silah zavodlarını məhv etməyə və komponentlərin tədarükçülərini həbs etməyə başlamalıdır”.

Bu barədə Ukrayna prezidentinin aparatının rəhbərinin müşaviri Mixaylo Podolyak bildirib.

O qeyd edib ki, İran Rusiyaya silah tədarükünün həcmini artırmağı planlaşdırır. Podolyakın fikrincə, bununla Tehran bütün beynəlxalq sanksiyalar institutunu cəsarətlə aşağılayır.

“”İşləməyən sanksiyalar” anlayışından, BMT-nin “işləməyən qətnamələr”indən imtina edərək, daha dağıdıcı vasitələrə – istehsal müəssisələrinin məhv edilməsinə və təchizatçıların həbsinə keçmək vacibdir”, – o, “Twitter”də yazıb.

Publika.az