Podqoritsa şəhər məhkəməsinin həyətində bomba partladılıbbackend

Podqoritsa şəhər məhkəməsinin həyətində bomba partladılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Monteneqronun paytaxtı Podqoritsa şəhər məhkəməsinin həyətində güclü partlayış baş verib.

Editor.az bildirir ki, bu barədə “Çernoqoriya Radio və Televiziyası” kanalı məlumat yayıb. Telekanalın məlumatına görə, məhkəmə binasının girişində naməlum şəxs partlayıcı qurğunu işə salıb.

Partlayış zamanı məhkəmənin həyətində çoxlu adam olub. İlkin məlumata görə, bombanı işə salan şəxs ölüb. O, 40 yaşı Podqoritsa sakini olub. Daha beş nəfər isə yaralanıb. Polis hadisəni intihar kimi qiymətləndirib.

//Samir Qurbanov,Editor.az