“Mançester Yunayted”in oyunçusu Pol Poqba kubok qazana bilmədiklərinə görə narahatlığını ifadə edib. Editor.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o “Qırmızı Şeytanlar”ın və özünün hazırkı vəziyyətindən bəhs edib.
“Həqiqəti söyləmək lazımdırsa çox ağır günlər yaşandı. Xüsusilə “Mançester Yunayted”in heyətində pis nəticələrdən sonra milli komandaya dəvət olunmaq mənə dopinq effekti verir. Bu mövsümü dəyərləndirmək çox çətindir. Həm baş məşqçi dəyişikliyinə görə, həm də aldığım zədələrə görə biz çempionluq mübarizəsindən uzaqlaşdıq. Mən kubok qazanmaq istəyirəm. Nəyinsə uğrunda mübarizə aparmaq istəyirəm. Biz bu il və keçən il heç nə qazana bilmədik. Hələ heç nə məlum deyil. Bu gün də qərar verə bilərəm yay transfer dönəmində də… Ancaq mövsümü sona qədər başa vurmaq istəyirəm. -deyə Poqba bildirib.
//Editor.az

