Polad Həşimovun anası: “İcra başçıları gecə atılan fişəngləri görmürdülər?”backend

Polad Həşimovun anası: “İcra başçıları gecə atılan fişəngləri görmürdülər?”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Yeni il gecəsi fişəng atanlar fikirləşdimi ki, gələn il onların da ailəsindən kimsə şəhid ola bilər? Uşaqları başa sala bilərdilər ki, fişəng atmaq olmaz, şəhidlərimiz var. Deməyibsə, deməli, o valideynin kökündə tərbiyə yoxdur. Onun övladı böyüyüb Polad ola biləcək? Mümkün deyil”.

Pravda.az-ın xəbərinə görə, bunu Azərbaycanın Milli Qəhrəmanı general-mayor Polad Həşimovun anası Səmayə Həşimova deyib.

“Baxın, evimdə qapımı dəyişdirəsi olsam, sahə rəisi həmin dəqiqə gələcək. Deyəcək ki, ev təmir edirsən, haqqımı ver. Gecə atılan fişəngləri görmürdülər? Bu halları Sumqayıtın, Bakının rayonlarının icra başçıları görmürdülər? Necə olur bəs iki maşın yavaşca toqquşanda, həmin an gəlirlər, ikisində də pul alırlar. Sadəcə, ayıb olsun” – Milli Qəhrəmanın anası qeyd edib.