Polis Bakıda Türkiyə bayrağının ipini kəsən şəxslə bağlı araşdırma aparır – VİDEObackend

Polis Bakıda Türkiyə bayrağının ipini kəsən şəxslə bağlı araşdırma aparır – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda Türkiyə bayrağına qarşı hörmətsizlik edən şəxslə bağlı araşdırma aparılır”.

Editor.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.
O qeyd edib ki, sosial şəbəkələrdə yayılan görüntülərdən nazirlik məlumatlıdır və araşdırmalara başlanılıb.
Qeyd edək ki, sosial şəbəkələrdə bir nəfər şəxsin Bakıda Türkiyə bayrağına qarşı hörmətsizlik etdiyi barədə görüntülər yayılıb.