Polis “Bəy Hamamı”na niyə girdi? – 40 yaşlı kişi çimdiyi yerdə həbs olundubackend

Polis “Bəy Hamamı”na niyə girdi? – 40 yaşlı kişi çimdiyi yerdə həbs olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şəmkir şəhəri, Osman Sarıvəlli küçəsində yerləşən “Bəy Hamamı”nda ictimai qaydanı pozmuş və sərxoş halda xuliqanlıq hərəkətləri edən şəxs həbs edilib.

Publika.az-ın əldə etdiyi məlumata görə, rayonun Zəyəm qəsəbə sakini olan 1983-cü il təvəllüdlü Fuad Sadıqov (şərti) hamamda olarkən orada xeyli spirtli içki qəbul edib.

O, daha sonra hamamda istirahət edən yaşlı kişini spirtli içki qəbul etməyə məcbur edib. Lakin həmin şəxs 40 yaşlı Fuadın təklifini rədd edib. Bundan sonra F.Sadıqov ağır dərəcəli sərxoşluq halında xuliqanlıq əməllərini davam etdirib və hamamda uzanıb.

Hadisə yerinə çağırılan polislər hamam gələrək 40 yaşlı şəxsi saxlayıblar. Onun paltarları geyindirlərək polis şöbəsinə aparılıb və barəsində 15 sutka inzibati həbs cəzası təyin edilib.