Moskvada 76 yaşlı polis generalının meyiti tapılıb.
Editor.az lent.az-a istinadən xəbər verir ki, onun meyitini həyat yoldaşı mənzildə aşkar edib. Səhər saatlarında atəş səsi eşidən xanım, artıq otağa keçəndə generalın öldüyünü görüb. Hazırda hadisə yerində kriminalistlər işləyir.

