Astara rayon Polis şöbəsinin rəis müavini Amil Seyfullayev rayonun Şüvi kəndində “BLUE RIVER AGRO” MMC-nin fəaliyyətinə maneçilik törədir.
Bu barədə Sfera.az-a şikayət məktubu ünvanlayan Zaur Əliyevin sözlərinə görə, Amil Seyfullayev ondan “şirinlik” tələb edir, əks halda iş prosesinə əngəl yaradacağını bildirib:

Zaur Əliyev suvarma məqsədilə işlərin görülməsinə başlandıqdan sonra işə birbaşa müdaxilənin, hətta fiziki təzyiqin olduğunu bildirib. Polis əməkdaşlı heç bir səbəb olmadan bir neçə gün boyunca Astara rayon Polis şöbəsinin rəis müavini Amil Seyfullayev polis əməkdaşlarını əraziyə göndərərək, onun qəbuluna gəlməyimi tələb edib:
“İş icraçısı kimi rəsi müavininin çağırışına yollandım. Məni qəbul edən Amil Seyfullayev işlədiyim şirkətin rəhbərliyi onu hansı səbəbdən gəlib görmədiyini, ona şirinlik verilməyəcəyi halda işləri dayandıracağını bildirdi. Amil Seyfullayevə dövlətin dəstəyinə arxalanaraq işlədiyim şirkət tərəfindən bağ sahəsi salındığını, qanunsuz iş görülmədiyini, hansı səbəbdən ona pul vermək lazım olduğunu bildirdikdə bundan qəzəblənərək, məni, eləcə də ərazidə işləyən fəhlələri Astara rayon Polis şöbəsinə apardı və bizim azadlığımızı 10 saatdan artıq məhdudlaşdırdı. Bu hərəkətləri 3 gün davamlı edən, yəni bizi hər gün 10 saatdan artıq polis şöbəsində saxlayan Amil Seyfullayev qanunsuz tələbini təmin etmək üçün bizə mənəvi təsirlər göstərib, təhqir edib. Amil Seyfullayev 13.01.2022-ci il tarixdə gecə saatlarında bizi polis şöbəsindən buraxarkən, bildirdi ki, şirkət rəhbərliyinin qısa müddət ərzində rayon polis şöbəsinin rəisini, rayon prokurorunu və onu “görməsə” şirkətə məxsus texnikaları müvəqqəti duracağa salacaq, işçiləri isə həbs edəcək. Amil Seyfullayevin qanunsuz tələbləri yerinə yetirilmədiyi üçün mülkiyyətimizdə işləyən texnikalar istismar olunub və işçilər polis şöbəsinə aparılıb, əsassız ittihamlarla incidilib. Bu azmış kimi polis əməkdaşları, həmçinin Astara rayon Su Melorasiya İdarəsinin əməkdaşları məhkəmə qərarı, eləcə də mülkiyyətçinin razılığı olmadan əkin sahəsinə hücum edib, nəticədə qarovulda dayanan Astara rayon sakini Rasim adlı şəxsə fiziki güc tətbiq ediblər. Bu barədə DİN “102” xidmətinə məlumat verilsə də, bir nəticəsi olmayıb. Hazırda Amil Seyfullayevin, Qasım Hüseynovun və Rauf adlı əməkdaşın hədə-qorxusundan, bizə qarşı törətdikləri mənəvi terrordan cana doyub fəaliyyətimizi dayandırıb, Astaradan didərgin düşmüşük”.

Dövlət başçısı İlham Əliyevin sahibkarlardan yana mövqeyi hər kəsə məlumdur Təsadüfi deyil ki, İlham Əliyev 23 oktyabr 2019-cu il tarixində iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşü zamanı bu mövzuya xüsusi diqqət yetirmişdi. Prezidentin nitqindən kiçik hissəni təqdim edirik:
Lakin görünən odur ki, Amil Seyfullayev və əlaltıları özlərini idarəetmədə daha “ali təbəqə” hesab edərək, qanunsuz əməllərlə sahibkarlara ciddi əngəl yaratmaqda niyyətlidir.
Qeyri-neft sektorunun inkişafına istiqamətlənən ölkə olaraq bu kimi özbaşınalıqların qarşısını almalı, günahkarları cəzalandırmalıyıq. Heç bir vəzifəli şəxs dövlət başçısından daha ümdə vəzifəni icra etmir. Polis əməkdaşlarını işi qanun naminə, dövlət naminə çalışmaqdır. Astara rayonu polis əməkdaşları isə istismar və korrupsiyanın xidmətindədirlər. Lakin günahsız şəxsləri dəmir barmaqlıqlar arxasına salan, sahibkarlara şiddət göstərən Amil Seyfullayev və əlaltıları unutmamalıdır ki, barmaqlıqlara nəzarət mexanizmi əlindən çıxa və özü də bir gün o barmaqlığın arxasından boylana bilər…
Qeyd edək ki, yaxın günlərdə tərəfimizdən sözügedən ərazidə çəkiliş aparılması və şikayətçilərin etirazlarının dinlənilməsi həyata keçiriləcək.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə sorğu göndərilib. Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

