Polis tiktokerin saçını qırxıb? – AÇIQLAMA + FOTObackend

Polis tiktokerin saçını qırxıb? – AÇIQLAMA + FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daxili İşlər Nazirliyi (DİN) gənc oğlanın saçının guya polis orqanlarında kəsilərək görüntülərinin sosial şəbəkələrdə yayılması ilə bağlı iddialara münasibət bildirib.

DİN-in Mətbuat Xidmətinin əməkdaşıNurlan Əliyev Oxu.Az-ın sorğusuna cavab olaraq deyib ki, görüntülər polisin inzibati binasında çəkilməyib:

“Bu hansısa şəxsin və ya şəxslərin özfəaliyyətidir. Faktla bağlı araşdırma aparılır”.

Qeyd edək ki, həmin şəxsin “TikTok”da polisi təhqir etdiyi iddia olunur.