Polislər nəfəs borusunda süd qalan körpəni həyata qaytardı – ANBAAN VİDEObackend

Polislər nəfəs borusunda süd qalan körpəni həyata qaytardı – ANBAAN VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Qaziantep şəhərində nəfəs borusunda süd qalan yeddi aylıq körpə polislərin müdaxiləsi nəticəsində həyatda qala bilib.

Belə ki, səfərdə olan qadın polis idarəsinə gələrək körpəsinə süd vermək üçün ona qapalı bir otağın ayrılmasını xahiş edib.

Qısa müddət sonra isə təlaş içində otaqdan çıxan qadın ətrafdakılardan kömək istəyib.

Polislərin zamanında və düzgün müdaxiləsi nəticəsində balacanın həyatı xilas edilib.

Hadisə anbaan polis idarəsinin kameraları tərəfindən qeydə alınıb.

Mənbə: “İhlas Haber Ajansı” (İHA)