“Politico”: Avropa İttifaqı ya Ukraynadan, ya da Türkiyədən imtina etməlidirbackend

“Politico”: Avropa İttifaqı ya Ukraynadan, ya da Türkiyədən imtina etməlidir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın Avropa İttifaqına (Aİ) qəbulu, onu Türkiyədən birdəfəlik imtina etməyə məcbur edə bilər.

Buna görə də Türkiyədəki prezident seçkilərinin ikinci turunda Aİ ilə “daha sıx inteqrasiyaya hazırlaşan” müxalifət nümayəndəsi Kamal Kılıçdaroğlu deyil, Rəcəb Tayyib Ərdoğan qalib gələrsə, Aİ üzvləri “rahat nəfəs alacaqlar”.

Editor.az bildirir ki, bu barədə “Politico” yazıb. “Aİ-nin həm Türkiyəni, həm də Ukraynanı qoynuna alması ağlasığmazdır. Bazar buna dözməyəcək”, – deyə adı açıqlanmayan yüksək səviyyəli Avropa rəsmisi nəşrə bildirib. Böyük ehtimalla, Aİ ölkələrinin liderləri dekabrda keçiriləcək sammitdə Ukrayna ilə üzvlüklə bağlı danışıqlara rəsmən başlayacaqlar.

Ukrayna prezidenti Volodimir Zelenski 28 fevral 2022-ci ildə Ukraynanın Aİ-yə daxil olması üçün ərizə təqdim edib və iyun ayında Kiyev namizəd statusu alıb. 2023-cü ilin fevralında Avropa Komissiyası (AK) belə qənaətə gəlib ki, bütövlükdə Ukrayna bloka daxil olmaq üçün ilkin hazırlıq səviyyəsindədir. Aprel ayında AK Ukraynanın Aİ-yə daxil olması üçün daha qısa yolların olmadığını elan etdi.

  //Samir Qurbanov,Editor.az