“Politico”nun Azərbaycana qarşı növbəti şər- böhtanlarla dolu ittihamı: “Uğurlarımıza paxıllıq edənlər bütün sərhədləri aşır”backend

“Politico”nun Azərbaycana qarşı növbəti şər- böhtanlarla dolu ittihamı: “Uğurlarımıza paxıllıq edənlər bütün sərhədləri aşır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycanın uğurlarına paxıllıq edənlər bütün sərhədləri aşırlar. ABŞ-nin “Politico” qəzeti BMT-nin Azərbaycanın evsahibliyi edəcəyi, qlobal iqlim dəyişikliklərinə həsr olunmuş beynəlxalq tədbirinin – COP29-a dəvətlilərin Bakıya getmələri məsələsində “tərəddüd etdiklərini” yazıb. Qəzet yazmışdı ki, dünyanın bütün növ şirkətləri bu il Azərbaycanda keçiriləcək COP29 qlobal iqlim sammitinə bəlkə də Donald Trampın prezident seçkilərində qalib gəlməsi perspektivindən qorxaraq, ya tədbirə getməməyi, ya da ora kiçik nümayəndə heyətlərini göndərməyi planlaşdırırlar. Qəzet bu zaman həmin şirkətlər arasında bu mövzuda sorğunun nə zaman və harada keçirildiyi barədə açıq-aşkar mənbə qeyd etməmişdi. Buradan da məlum olur ki, xəbərin uydurma təxəyyülün məhsulu, ən önəmlisi isə sifarişli olduğu dərhal nəzərə çarpır”.

Bu fikirləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

Millət vəkili bildirib ki, BMT-nin iqlim dəyişikliyi ilə bağlı beynəlxalq tədbirinə Azərbaycanın ev sahibliyi edəcəyi ilə bağlı qərar qəbul olunduqdan sonra başda ermənipərəst kollektiv Qərb olmaqla, bədxahların ölkəmizə qarşı informasiya kampaniyasına başlayacaqları gözlənilən idi:

“Bununla bağlı xaricdəki erməni lobbisinin, diasporunun müxtəlif təşkilatlara müraciət etdikləri, məktub göndərdikləri barədə əvvəllərdə demişəm. “Politico”nun başqa bir yalanından bəhs edək, qəzet qeyd edirki, guya, Bakıda belə genişmiqyaslı konfrans və seminarların keçirilməsi üçün zəruri məkan azdır. Bakıda son illərdə inşa edilmiş müasir biznes mərkəzlərində, konfrans zallarında, dünya standartlarına cavab verən beynəlxalq forum və seminarlar keçirilib. “Politico”nun dövlətimizə qarşı növbəti şər böhtanlarla dolu ittihamı Avropa nəşrində “Azərbaycanın Avropaya qaz qambiti – Rusiya üçün yaxşı xəbərdir” məqaləsidir. Bu, dezinformasiyadan başqa bir şey deyil.

Bu qərəzindən dolayı Politico Azərbaycan üzr istəməlidir. Çünki bu yalanlar böhtanlar ilk deyil, neçə aylardır, dövlətimizin ünvanına dayanmadan yalanlar dolu mətbuat çıxışlarıyla davam edən bu qəzetin mövqeyi elə beynəlxalq mətbuat adına utancdır”.

//Gülnarə Abasova, Editor.az