Slovakiya parlamentinin deputatları qanunvericiliyə ölkənin Müdafiə Nazirliyinə silah ixracı və təchizatını təsdiq etməyə icazə verən dəyişikliyi dəstəkləyib.
Editor.az “Politico”ya istinadla xəbər verir ki, bu, özəl və dövlət müdafiə təşkilatlarına Kiyevi silahla təmin etmək imkanı açacaq. Nəşrin yazdığına görə, hazırda Slovakiyada hakimiyyətdə olan “Smer” partiyasının və onun lideri Robert Fikonun arxasında silahlarının Ukraynaya ixracından qazanc əldə edən oliqarxlar dayanır. Slovakiya Müdafiə Nazirliyinin keçmiş rəhbəri Yaroslav Naqinin sözlərinə görə, əvvəllər Fico tərəfindən Kiyevə silah satışına qadağa qoyulması üçün görülən tədbirlər populist xarakter daşıyırdı və hazırda Slovakiyanın indiki hakimiyyəti artıq seçki vədlərini yerinə yetirmək niyyətində deyil.
//Gülnarə Abasova, Editor.az

