Politico: Şolts və Makron arasında Ukraynaya görə açıq düşmənçilik varbackend

Politico: Şolts və Makron arasında Ukraynaya görə açıq düşmənçilik var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniya kansleri Olaf Şolts və Fransa prezidenti Emmanuel Makron arasında Avropa qoşunlarının Ukraynaya mümkün yerləşdirilməsi ilə bağlı fikir ayrılıqları açıq düşmənçiliyə çevrilir.

Editor.az bu barədə “Politico” ya istinadla xəbər verir. Nəşrin yazdığına görə, Makron Ukrayna ilə bağlı “sərt danışmağa” hazırdır, lakin Almaniya ilə müqayisədə kifayət qədər addım atmayıb. Kiel Dünya İqtisadiyyatı İnstitutunun məlumatına görə, Almaniya Ukraynaya 17 milyard avrodan çox yardım ayırıb və ya vəd edib, Fransa isə cəmi 640 milyon avro ayırıb. “Politico” həmçinin iki ölkənin Ukraynaya yardıma yanaşmalarını müqayisə edərək, Berlinin “Taurus” raketləri kimi müəyyən növ silahlar göndərməkdən daha çox çəkindiyini qeyd edir.

Qeyd edək ki, bu həftə Fransa prezidenti Emmanuel Makron bildirib ki, Paris Rusiyanın Ukrayna münaqişəsində qalib gəlməsinin qarşısını almaq üçün bütün mümkün tədbirləri görəcək. Onun sözlərinə görə, Aİ qoşunlarının Ukraynaya göndərilməsi məsələsi Qərb ölkələrinin liderləri tərəfindən müzakirə edilib, lakin hələlik konsensus əldə olunmayıb.

Fransanın baş naziri Qabriel Attal da Ukraynaya hərbçilərin göndərilməsinin mümkünlüyünü istisna etməyib və Parisin Rusiya Federasiyasının məğlubiyyətini qəbul etməyəcəyini vurğulayıb. Makronun açıqlamalarından az sonra Almaniya kansleri Olaf Şolts bildirib ki, Berlin ümumilikdə NATO ölkələri kimi Ukraynaya öz hərbi personalını göndərməyəcək.

//Gülnarə Abasova, Editor.az