Politoloq: “Bu Ermənistan üçün çox vacibdir”backend

Politoloq: “Bu Ermənistan üçün çox vacibdir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Biz regionda yeni geo-iqtisadi və nəqliyyat şəbəkəsinin meydana gəlməsi ərəfəsindəyik. Artıq bu istiqamətdə  həm Azərbaycan, həm də Türkiyə və Ermənistan tərəfindən müəyyən işlər görülməyə başlanılıb”.

Bu sözləri Editor.az- açıqlamasında Dövlət İdarəçilik Akademiyasının baş müəllimi, Bakı Politoloqlar Klubunun  sədri Zaur Məmmədov deyib.

Politoloq qeyd edib ki, bir qədər sonra Zəngəzur istiqamətində biz real anlaşmaların da şahidi olacağıq: “Ermənistan üçün Zəngəzur dəhlizinin açılması önəmlidir. Çünki bu ölkə Azərbaycan vasitəsilə həm İrana, həm də Rusiyaya çıxış əldə edəcək. Eyni zamanda Şərq-qərb nəqliyyat dəhlizinin tranzit bölgəsinə çevirəcəkdir. Uzun illərdir ki blokadada qalan Ermənistan üçün bu çox vacibdir”.

Zaur Məmmədovun sözlərinə görə, bütün bunların baş tutması üçün ilk növbədə Xankəndi ətrafında siyasi məsələlərin öz həllini tapmalıdır: “Mən düşünürəm ki,  Azərbaycanı narahat edən məsələlər üçtərəfli bəyannamə əsasənda öz həllini tapmalıdır. Biz regionda yeni mühitin yaranacağına və bu vəziyyətin bölgəni uzunmüddətli qeyri-stabillikdən çıxaraq daimi sülhə qovuşduracağına ümid edirik. Təbii ki, Ermənistan sülh adı altında öz revanşist maraqlarını ifadə etməyə çalışacaqsa adekvat addımlarla üz-üzə qalmalı olacaq”.

Editor.az, Gülnarə Abasova