Politoloq: Putinin Çinə səfəri Qərbə açıq siqnaldırbackend

Politoloq: Putinin Çinə səfəri Qərbə açıq siqnaldır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya prezidenti Vladimir Putinin Çinə səfəri və bir sıra mühüm sənədlərin imzalanması Qərb üçün Moskva ilə Pekin arasında strateji müttəfiqliyin göstəricisidir.

Bu fikirləri Tsargrad.tv-yə müsahibəsində politoloq və yayımçı İqor Pşeniçnikov deyib.

“Putinin səfəri böyük simvoldur və bu, Çinin xəyali deyil, real, gizli şəkildə Rusiya tərəfinə keçməsi deməkdir. Bu, artıq Çinin “neytrallığı”, hamıdan eyni məsafədə olması və ya diplomatik nəzakəti deyil. Yalnız Çindən danışırıqsa, bu, onun Rusiya ilə müttəfiqlikdə yaxın gələcəyinə dair baxış bəyanatıdır”, – politoloq vurğulayıb. O əlavə edib ki, Rusiya və Çin təkcə neytral məkanda deyil, həm də ABŞ-ın çılğın şəkildə dünya hegemonluğunu saxlamağa çalışdığı şəraitdə müttəfiqdir.

//Gülnarə Abasova, Editor.az