Politoloq: “Rəsmi Bakı Rusiyadan izahat tələb edəcək”backend

Politoloq: “Rəsmi Bakı Rusiyadan izahat tələb edəcək”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

‘’Rusiyanın 9 mayda Xankəndində sülhməramlılar vasitəsilə keçirəcəyi qələbə paradı Azərbaycana qarşı təxribatdır’’.

Bu sözləri Editor.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Politoloq bildirib ki, sülhməramlıların fəaliyyət istiqamətləri yalnız sülhün və təhlükəsizliyin təmin edilməsinə hesablanıb. Rus sülhməramlıları Qarabağda separatçıları müdafiə  edir, Azərbaycana qarşı provakasiyalara gedir: ‘’Mən hesab edirəm ki, bu paradda erməni silahlı birləşmələri də iştirak edəcək. Paradın keçirilməsində məqsəd erməni silahlı qüvvələrini meydana çıxarmaqla, Azərbaycana qarşı güc nümayiş etdirmək,  Azərbaycanın qalib ölkə kimi nüfuzuna zərbə vurmaqdır. Əlbəttə ki, bütün bunlar planlı şəkildə həyata keçirilir. Rəsmi Bakı bu istiqamətdə  Rusiyadan izahat tələb edəcək. Rus sülhməramlıların fəaliyyəti birbaşa erməni separatizmini körükləməkdir’’.

Məhəmməd Əsədullazadənin sözlərinə görə, sülhməramlıların qələbə paradı keçirməsi qanunsuzdur: “Onların fəaliyyət istiqamətləri Azərbaycanla koordinasiyalı şəkildə aparılmalıdır. İndiki situasiyada onların fəaliyyəti Azərbaycanın təhlükəsizliyi üçün ciddi təhdiddir. Ona görə də, sülhməramlıların fəaliyyəti ilə bağlı nizamnamə qəbul olunmalıdır”.