Politoloq Rusiyanın vasitəçiliyindən danışdı: ”Bunda heç bir təhlükəli məqam yoxdur”backend

Politoloq Rusiyanın vasitəçiliyindən danışdı: ”Bunda heç bir təhlükəli məqam yoxdur”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi,Rusiya Azərbaycan və Ermənistan sərhədində delimitasiya və demakrasiya proseslərini həyata keçirilərkən baş verən anlaşılmazlığın aradan qaldırılmasında və qarşılıqlı razılaşmanın əldə olunmasında vasitəçiliyini təklif edib.

Məsələ ilə bağlı Editor.az-a fikirlərini bildirən tarix elmləri üzrə fəlsəfə doktoru,  politoloq Anar Əliyev qeyd edib ki, dünən Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və müvəqqəti olaraq Ermənistanın Baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyana telefon açaraq sərhədlərin dəqiqləşdirilməsində qarşıya çıxan narazılıqların sülh yolu ilə aradan qaldırılmasının vacibliyini bildirib: ‘’Azərbaycan prezidenti İlham Əliyev dəfələrlə öz çıxışları zamanı Ermənistanın bu məsələlərdən istifadə etməyə, bunu siyasi şouya çevirməyə çalışdığını  və bu proseslərin beynəlmilləşdirməyə cəhd etdiyini qeyd edib. Cənab Prezident Azərbaycanla Ermənistan arasında sərhəd insidentini danışıqlarla həll etməyin yeganə yol olduğunu dəfələrlə qeyd edib’’.

Politoloq qeyd edib ki, Ermənistan siyasi elitası 44 günlük Vətən müharibəsindən sonra düşdüyü kütləvi psixoz vəziyyətdən hələ də çıxa bilməyib: ‘’Hesab edirəm ki, Ermənistan cəmiyyətində “psixoloji pandemiya” baş alıb gedir. Nikol Paşinyanın xırda hər bir anlaşılmazlıqla bağlı KTMT-yə, hətta ‘’münaqişə”yə müdaxilə edə biləcək heç bir hüquqi mexanizmi olmayan NATO- ya müraciət etməsi onu göstərir ki, Ermənistan rəhbərliyi bu prosesdən siyasi şou yaratmaqda maraqlıdır və dünya ictimaiyyətini aldadıb növbəti dəfə Azərbaycanı ittiham ünvanına çevirməyə cəhd edir. Amma KTMT baş katibinin, Rusiya prezidenti Vladimir Putinin,  Fransa istisna olmaqla, Avropa dövlətləri və ABŞ-ın sərgilədiyi beynəlxalq hüququn prinsiplərinə yaxın mövqe onu deməyə imkan verir ki, Ermənistan bu istəyinə nail ola bilmədi’’.

Anar Əliyev bildirib ki,Sergey Lavrovun KTMT xarici işlər nazirləri ilə keçirdiyi  konfransda Rusiyanın iştirakı ilə birgə komissiyanın yaradılması ilə bağlı təklifi Azərbaycan tərəfinin Ermənistan  yalanlarının KTMT üzvlərinə-  keçmiş Sovet Respublikaları olan müttəfiqlərimizə, eyni zamanda  dünya ictimaiyyətinə bir daha aydın şəkildə nümayiş etdirilməsi üçün  vasitədir: ‘’Rusiyanın vasitəçiliyi ilə birgə kommissiyanın yaradılması və Ermənistan Azərbaycan sərhədinin delimitasiya və demakrasiya prosesinin həyata keçirilməsində ciddi bir problem axtarmaq lazım deyil. Hesab edirəm ki, 10 noyabr bəyanatına imza atan və bu razılaşmanın vasitəçisi rolunda çıxış edən Rusiyanın bir neçə ay ərzində sərgilədiyi mövqe müsbət qəbul edilməlidir. Təbii ki, Rusiyanın mövqeyində  məqbul hesab edilməyən hallar özünü göstərib. Sülhməramlıların missiyalarına uyğun olmayan, fəaliyyət səlahiyyətlərini aşan hərəkətləri,  Laçın dəhlizindən daşınan yüklərə,  Qarabağ ərazisinə daxil olan şəxslərə ciddi nəzarətin həyata keçirilməməsi Rusiyanın Ermənistan və Azərbaycan arasındakı münasibətlərdə vasitəçi roluna kölgə salır.
Amma ümumiyyətlə, Rusiyanın vasitəçi rolu müsbət qiymətləndirilə bilər. Düşünürəm ki, Rusiyanın sərhəddəki insidenti təmizləmək üçün vasitəçi  kimi çıxış etməsinə Azərbaycan etiraz etməməlidir. Bu məsələdə heç bir təhlükəli məqam yoxdur. Narahatedici məqam onda olar ki, Rusiya ilə sülhməramlıların fəaliyyətini konkret olaraq müəyyənləşdirən  ikitrəfli müqavilənin imzalanması uzadılsın’’.

Anar Əliyev əlavə edib ki, Azərbaycan sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı birgə komissiyada Türkiyənin də iştirakına nail olunmasına çalışmalıdır: “Bu zaman Azərbaycan qanuni sərhədlərinin təmin olunması baxımından müsbət nəticə əldə edə bilər”.

Gülnarə Abasova, Editor.az