Polkovnik ermənilərin “güllələnmə səhnəsi”nin tarixindən DANIŞDI: “Video yarım aydan sonra üzə çıxırsa…”backend

Polkovnik ermənilərin “güllələnmə səhnəsi”nin tarixindən DANIŞDI: “Video yarım aydan sonra üzə çıxırsa…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Guya erməni əsirlərin güllələnməsi ilə bağlı video yayılıb. Bir hərbçi kimi onun gerçəkliyinə şübhəm var. Çoxsaylı suallar ortaya çıxır. O videoya baxdıqca biz görürük ki, əgər güllələnirlərsə, qan izləri olmalıdır. Güllə atan zirehli geyimdə olsa da, olmasa da bədəni tərpənməlidir”.

Bunu Musavat.com-a sözügedən videonu şərh edərkən hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib.

15946477182441135583_1000x669.jpg (287 KB)

Polkovnik bildirib ki, əgər doğrudan da öldürmək istəyirdilərsə, onları ora sürüyə-sürüyə niyə gətirirdilər? Və yaxud öldürmək istəyirdilərsə, harada tutdular, orada da öldürərdilər:

“Niyə onları cəmləşdirib öldürürlər? Döyüşdə olan bir insan kimi bilirəm ki, onları topalayıb güllələmək Azərbaycana uyğun addım deyil. Mən düşünmürəm ki, Azərbaycan əsgəri bunu edər. Çünki mən Azərbaycan əsgərini yaxşı tanıyıram. Digər tərəfdən, orada komanda da verir ki, atəşi saxla. Guya o komandanı yerinə yetirmirlər. Bilirsiniz ki, orada iştirak edən və yaxud hər hansı bir tapşırığı yerinə yetirən şəxslər professionaldırlar. Müddətdən artıq xidmət edənlərdir, komandolar və xüsusi təyinatlılardır. Yəni onlar nizam-intizamlı hərbçilərdir. Baxmayaraq ki, orada atəşi kəs deyir, onlar başlayır vəhşicəsinə öldürməyə. Mən düşünürəm ki, bu, feyk videodur. Doğrudur, Azərbaycan dilində danışırlar, amma hazırda texniki imkanlardan istifadə edib hansı dildə olsa da, ora səs əlavə etmək olar. Hər halda Hərbi Prokurorluq bu məsələ ilə məşğul olur. Düşünürəm ki, mənbə ilə bağlı aydınlıq gətiriləcək və ictimaiyyətə çatdırılacaq. Bizim əsgərlərimiz mərhəmətlidir, bu bizim dinimizdə, mentalitetimizdə var. Biz heç vaxt Xocalı kimi bir faciəni törətmərik. Bunlar bizim ailədən, tərbiyədən irəli gəlir. Azərbaycan əsgəri o cür hərəkət etməz. Uzun müddət Azərbaycan əsgəri ilə bir yerdə xidmət edib, döyüşlərdə olan bir komandir kimi demək istəyirəm ki, bu, Azərbaycanın dəst-xətti deyil. O videonun vaxtı da təsadüfi seçilməyib. Xarici işlər nazirləri görüşən vaxt, birinci şəxslərin görüşü hazırlanan vaxtdır. Belə bir videonun yayılmasının müəyyən məqsədləri var. Ermənilərə xas olan çirkin məqsədləri var. Digər tərəfdən, əgər bu hadisə Vətən müharibəsi zamanı olubsa, indi niyə ortaya çıxıb?  Əgər son erməni təxribatları zamanı olubsa, niyə video yarım aydan sonra üzə çıxır? Məlumdur ki, bir video qısa zamanda yayılır. Bunu qəsdən ortaya atıblar, video ətrafında ajiotaj yaransın”.

Şair Ramaldanov “sülh quşları”ndan da danışıb:

“Azərbaycan dövləti, Azərbaycan Prezidenti həmişə humanistliklə seçilib. Azərbaycan xalqı həmişə sülhsevərliyi ilə fərqlənib. Ermənistana sülhü təklif edən Azərbaycandır. Sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı komissiyanın yaradılması müraciətini edən Azərbaycandır. Azərbaycan müharibə etməyə hazırlaşmır, sadəcə öz torpaqlarını qorumağa çalışır, müdafiə edir. Ona görə də düşünürəm ki, müharibə istəmirik, sülh istəyirik kimi çağırışlar heç bir məntiqə sığmır. Azərbaycan ordusu heç bir istiqamətdə heç bir dövlətə qarşı müharibə etmək fikrində deyil. Təhlükəni sərhədlərimizdən uzaqlaşdırmaq beynəlxalq normalar çərçivəsində bizim hüququmuzdur. Əgər ermənilər revanşist fikirlərdən əl çəkməsələr, yenə təxribatlara əl atsalar, Azərbaycan öz hüququndan istifadə edib təhlükə mənbəyini darmadağın edəcək. Qarşı tərəf Azərbaycanın çağırışları ilə sülhə gəlmirsə, demək ki, nəyəsə hazırlaşır, belə halda biz oturub gözləməli deyilik. Düşünürəm ki, belə halda Azərbaycan qarşı tərəfi sülhə məcbur etməlidir. Beynəlxalq deyimdə belə bir yanaşma var. Ona görə də “sülh quşları” yuvalarını başqa yerdə salsalar, daha yaxşı olar. Çünki Azərbaycanda onlara ehtiyac yoxdur”.