Polşa Aİ-nin ABŞ-la ticarət savaşına hazır olduğunu bildiribbackend

Polşa Aİ-nin ABŞ-la ticarət savaşına hazır olduğunu bildirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aİ ölkələri ABŞ-la ticarət müharibəsinə hazırdır.

Editor.az xəbər verir ki, bu barədə Avropa Parlamentinin polşalı üzvü və keçmiş Avropa komissarı Yanuş Levandovski açıqlama verib. “Biz bilirik ki, Tramp əvvəlki tarif müharibələrində qalib gələ bilmədi və ABŞ-ın tariflərdən azad olduğu 20-ci əsrin əvvəllərinə nostalji ilə nəzər saldı. Biz müharibəyə hazırıq, amma istəmirik. Bu müharibəyə dözə bilərik, amma buna nə üçün ehtiyacımız var? Ticarət müharibələri hər iki tərəfi daha kasıb edir”,-deyə o bildirib. Levandovskinin fikrincə, Trampın beynəlxalq münasibətlərə yanaşması “tacir” yönümlüdür.

ABŞ prezidenti Donald Tramp fevralın əvvəlində çox yaxın gələcəkdə Avropa mallarına gömrük rüsumlarının tətbiq ediləcəyini açıqlamış və Avropa İttifaqını ölkəyə qarşı ədalətsiz ticarət siyasəti həyata keçirməkdə ittiham etmişdi.

//Gülnarə Abasova, Editor.az