Polşa: “Aİ və NATO-ya inam ölkənin dağılması riskini daşıyır”backend

Polşa: “Aİ və NATO-ya inam ölkənin dağılması riskini daşıyır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polşa rəsmiləri Avropa İttifaqının (Aİ) və NATO-nun vədlərinə kor-koranə inandıqları üçün ölkənin çökə biləcəyindən qorxurlar.

Editor.az xəbər verir ki, bu barədə Polşanın Mysl Polska (MP) nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, yanvarda polşalı deputatlar Yaşıl Sövdələşmənin bəzi müddəalarının ləğvini tələb ediblər. Təşəbbüs 2040-cı ilə qədər Avropa ölkələrində istixana qazlarının emissiyalarının azaldılmasını nəzərdə tutur. Lakin Polşa hesab edir ki, sazişin həyata keçirilməsi respublika sənayesinə mənfi təsir göstərə bilər.

Materialda həmçinin bildirilir ki, Polşa hakimiyyəti Aİ və NATO ölkələrinin hərbiləşdirilməsindən ehtiyat edir. Jurnalistlərin fikrincə, qərarın icrası çərçivəsində bir sıra ölkələr silah almağa və müdafiə büdcəsinə əhəmiyyətli sərmayələr qoymağa məcbur edilə bilər.

//Gülnarə Abasova, Editor.az