Polşa Almaniyadan yenidən təzminat tələb etdi: “Bağışladıq, amma unutmadıq”backend

Polşa Almaniyadan yenidən təzminat tələb etdi: “Bağışladıq, amma unutmadıq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polşa prezidenti 85 il əvvəl sentyabrın 1-də faşist Almaniyasının Polşa sərhədlərinə daxil olması ilə başlayan İkinci Dünya Müharibəsinə görə yenidən Almaniyadan təzminat tələb edib.

Editor.az xəbər verir ki, 1 sentyabr 1939-cu ildə Almaniyanın bombardmanının ilk mülki hədəfi olan Wielun qəsəbəsində keçirilən mərasimdə Polşa prezidenti Andrzej Duda və Almaniyanın Polşadakı səfiri Robert Rohde iştirak edib.

Duda Almaniyanın işğal dövründəki dağıntılara görə Polşaya təzminat ödəməli olduğunu təkrar edərək, “Bağışladıq amma unutmadıq, bu məsələ hələ də həll olunmayıb”,- dedi. PiS hökuməti dövründə Berlinlə əlaqələrin gərginləşdiyini bildirən Duda Almaniyadan cəmi 1,3 trilyon avro təzminat tələb edildiyini xatırladıb.

Qeyd edək ki, hazırkı hökumət Almaniya ilə münasibətləri yaxşılaşdırmağa çalışır və nasist Almaniyasının yaşayan qurbanlarına təzminat ödəmək üzərində işləyir. Polşanın hesablamalarına görə, 70 minə qədər insan bu kompensasiyaları ala bilər. Baş nazir Donald Tusk Polşanın “Avropanın ən müasir və ən güclü ordusunu” qurduğunu və NATO-nun birliyinə töhfə verdiyini bildirib.

//Gülnarə Abasova, Editor.az