Polşa Almaniyanı BMT-yə şikayət edəcəkbackend

Polşa Almaniyanı BMT-yə şikayət edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polşa Almaniyanın İkinci Dünya Müharibəsi zamanı vurduğu ziyana görə təzminatın ödənilməsi məsələsində dəstək üçün BMT-yə müraciət edib.

Editor.az bildirir ki, bu barədə Polşa xarici işlər nazirinin müavini Arkadiuş Mulyarçik Varşavada keçirdiyi mətbuat konfransında bildirib. Mulyarçikin sözlərinə görə, Berlin bu məsələdə Varşava ilə əməkdaşlıq etmir.

Məsələn, Polşa üç ay əvvəl Almaniyaya diplomatik nota göndərib, lakin hələ də rəsmi cavab almayıb. Ona görə də, bununla bağlı məsələni beynəlxalq səviyyədə qaldırmaq qərarına gəliblər.

Polşada BMT-nin Baş katibi Antonio Quterreş, BMT Baş Assambleyasının sədri Çaba Kyoroşi, BMT İnsan Haqları Şurasının sədri Vatslav Balek və BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Volker Türkə müraciət edəcəklərini bildiriblər.

Varşava həmçinin Almaniyadan alınacaq təzminatln səbəbini izah etmək üçün məlumat kampaniyası da planlaşdırır. Mulyarçik vurğulayıb ki, Polşa heç vaxt almanların təzminatlarından imtina etməyib və heç vaxt onları almayıb.

//Samir Qurbanov,Editor.az