Polşa “Anti-Putin qalxanı”nı elan etdibackend

Polşa “Anti-Putin qalxanı”nı elan etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polşanın baş naziri Mateuş Moravetskiy Rusiyanın Ukraynaya müdaxiləsi nəticəsində meydana gəlmiş ağır iqtisadi nəticələri aradan qaldırmaq üçün “Anti-Putin Qalxanı” proqramını elan edib.

Bu barədə Editor.az “Evropeyskaya Pravda”ya istinadən xəbər verir.

“Rusiya və Ukrayna arasındakı müharibə bütün dünyada böyük iqtisadi təlatümlərə səbəb olub.

Bununla mübarizə aparmaq üçün biz “Anti-Putin Qalxanı”nı təqdim etmək qərarına gəldik”, – Moravetskiy deyib.
Baş nazirin sözlərinə görə, proqramın məqsədi inflyasiya ilə mübarizəni davam etdirmək, iş yerlərinin yaradılmasını dəstəkləmək, əvvəllər Rusiya bazarında fəaliyyət göstərən şirkətləri qorumaq, Polşa və Avropa iqtisadiyyatlarını derusifikasiya etmək, enerjinin diversifikasiyasına nail olmaq, ərzaq qiymətlərinin artımının qarşısını almaq və kənd təsərrüfatı istehsalının artırılmasında fermerlərə dəstək olmaqdır.

“Anti-Putin Qalxanı” pandemiyanın nəticələri ilə mübarizədə effektivliyini sübut edən “Anti-Böhran Qalxanı” və “Anti-İnflyasiya Qalxanı” proqramlarının davamıdır. Onun ardıcıl icrası sayəsində biz Polşanı və müttəfiqlərimizi gələcək təhlükələrdən qorumaq üçün əlimizdən gələni edəcəyik” – Moravetski belə deyib.

Editor.az