Polşanın Baş naziri Mateuş Moravetski ölkəsinin bundan sonra Ukraynaya silah göndərməyəcəyini bildirib.
Editor.az xarici mediaya istinadən xəbər verir ki, Polşanın PAP xəbər agentliyinin məlumatına görə, Moravetskinin bəyanatı Varşavanın böyük miqdarda Ukrayna taxılına embarqo qoyması səbəbindən Ukrayna ilə münasibətlərin gərginləşdiyi bir vaxta təsadüf edib.
Baş nazir Ukrayna taxılının tranzitinin davam edəcəyini vurğulayıb:”Polşa bu tranzitə görə heç bir xərc çəkmir. Əksinə, bundan faydalandığımızı söyləmək olar” .
O, həmçinin Polşanın Ukraynanın təhlükəsizliyini qəti şəkildə riskə atmayacağını bildirib.
“Biz artıq Ukraynaya heç bir silah göndərmirik, çünki bundan sonra özümüz ən müasir silahlarla silahlanacağıq”,-deyə o, qeyd edib.
//Safura Bənnayeva, Editor.az

