Çərşənbə günü, dekabrın 25-də ruslar Ukraynanı raket və pilotsuz təyyarələrlə kütləvi bombardman edib.
Bu səbəbdən Polşa aviasiyasını səmaya qaldırıb və həmçinin yerüstü hava hücumundan müdafiə və radar kəşfiyyat sistemlərini xəbərdar edib.
Bu barədə Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığı məlumat yayıb. “Mövcud prosedura uyğun olaraq Silahlı Qüvvələrin əməliyyat komandanı tərəfindən mövcud olan bütün qüvvə və vasitələr cəlb olunub, döyüş cütlükləri növbətçiliyə keçib, yerüstü hava hücumundan müdafiə və radar kəşfiyyat sistemləri ən yüksək hazırlıq vəziyyətinə gətirilib, – bəyanatda deyilir.
Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığı qeyd edib ki, bu tədbirlər Ukraynaya bitişik ərazilərin təhlükəsizliyini təmin etmək üçün həyata keçirilir. Bundan əlavə, Polşa hərbçiləri bayram günləri də daxil olmaqla, regionda vəziyyətin monitorinqinin gecə-gündüz həyata keçirildiyini bölüşüblər.
//Samir Qurbanov, Editor.az

