Polşa baş nazirindən Almaniyaya çağırış: Ukraynaya hər cür silah göndərin!backend

Polşa baş nazirindən Almaniyaya çağırış: Ukraynaya hər cür silah göndərin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polşa baş naziri Mateusz Moraviecki Almaniya hökumətini hərəkətə keçərək Ukraynanı hər cür silahla təmin etməyə çağırıb.

Editor.az xəbər verir ki, baş nazir bu açıqlama ilə Berlində keçirilən konfransda iştirak edərkən çıxış edib.

Kiyevin məğlubiyyətinin yeni dünya müharibəsinin başlanğıcı ola biləcəyini ifadə edən Moraviecki, Almaniya hökumətini qəti addımlar atmağa və Ukraynaya hər cür silah verməyə dəvət edib: “Ukraynaya dəstəyi əngəlləmənin və ya Kiyevə silah tədarükünü gecikdirməyin mənası yoxdur. Ukraynalılar bu gün təkcə öz azadlıqları üçün deyil, Avropanın müdafiəsi üçün də mübarizə aparırlar”.

Qeyd edək ki, Polşa prezidenti Anjey Duda yanvarın 11-də Ukrayna ilə sərhəddə yerləşən Rzeşov şəhərində çıxış edərək deyib ki, ölkəsi beynəlxalq koalisiyanın tərkibində Ukraynaya “Leopard” tanklarından ibarət hərbi yardım göndərməyə hazırdır.

Almaniya “Leopard” tanklarının Ukraynaya çatdırılmasında mühüm rol oynayır. Çünki Almaniyadan silah alan ölkələrin bu silahları üçüncü ölkəyə ixrac etməsi üçün Berlin hökumətinin razılığı lazımdır.

//Samir Qurbanov, Editor.az