Polşa Belarus sərhədində hərbi əməliyyata başlayıbbackend

Polşa Belarus sərhədində hərbi əməliyyata başlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polşa Belarusla şərq sərhədində hava hücumundan müdafiəni gücləndirmək üçün “Air Dawn” kod adlı əməliyyata başlayır.

Editor.az bu barədə RİA Novosti-yə istinadla xəbər verir. Əməliyyat avqustun 1-dən başlayır. Onun əsas məqsədi ölkənin hava məkanını onun sərhədlərini qanunsuz pozan obyektlərdən qorumaqdır. Pilotsuz uçuş aparatlarına xas olan “alçaq və çox alçaq hündürlüklər də daxil olmaqla, sərhədi qanunsuz pozan obyektlərə” xüsusi diqqət yetiriləcəyi açıqlanıb. Əməliyyatın Polşanın pozulma riskinin daha yüksək olduğu şərq və şimal-şərq sərhədlərini əhatə etməsi nəzərdə tutulur.

Bu əməliyyatın koordinasiyasına ölkənin Silahlı Qüvvələrinin operativ komandanlığı cavabdeh olacaq. Əməliyyat zamanı aşağıdakılar təmin edilir: hava məkanının davamlı monitorinqi; pozuntuların aşkar edilməsi və onların zərərsizləşdirilməsi;

//Gülnarə Abasova, Editor.az