Polşa Belarusla sərhəddə snayperlər yerləşdiribbackend

Polşa Belarusla sərhəddə snayperlər yerləşdirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polşa Silahlı Qüvvələrinin Baş Komandanlığı Belarusla sərhəddə snayperlərin yerləşdirib.

Komandanlıq Twitter-də Polşa-Belarus sərhədində snayper silahları olan əsgərlərin fotosunu dərc edib. Onların orada nə qədər qalacaqları dəqiqləşdirilməyib.

Editor.az-ın məlumatına görə, Polşa hökumətinin informasiya məkanının təhlükəsizliyi üzrə komissarı Stanislav Jarin yazıb ki, “Belarusla sərhəddə vəziyyət təhlükəli olaraq qalır.

Polşa patrullarına təcavüzkar əcnəbilər tərəfindən hər gün hücumlar edilir”. İyulun 29-da Polşanın baş naziri Mateusz Moraviecki bildirib ki, yüzdən çox “Vaqner” PMC muzdlusu Belarusdan Polşa-Litva sərhədinin keçdiyi Suvalki dəhlizinə köçürülüb. O, hesab edir ki, onlar buradan Polşaya qarşı “hibrid” hücuma hazırlaşırlar. Bununla əlaqədar Litva Belarusla sərhədi bağlaya bilər.

Xatırladaq ki, PMC döyüşçüləri iyunun 23-də şirkətin təsisçisi Yevgeni Priqojinin təşkil etdiyi üsyan cəhdindən sonra Belarusa köçüblər.

//Samir Qurbanov, Editor.az